Sərkisyandan şok etiraf: “Biz olmasaq, Rusiya...” Dünya

Sərkisyandan şok etiraf: “Biz olmasaq, Rusiya...”

Xoşagəlməz və yersiz olsa da, Batka haqlıdır. Əgər biz KTMT-də nəsə demək istəyiriksə, öz sözümüzü ilk növbədə əsas müttəfiqimiz, Azərbaycana silah satan Rusiyaya yönəltməliyik. Bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublika Partiyasının sədri Aram Sərkisyan paylaşıb.
"Mənim fikrimcə, danışmaq yersizdir. Biz sadəcə səssiz, addım-addım NATO ilə əməkdaşlığımızı aktivləşdirməliyik və o zaman bizə münasibət birmənalı şəkildə dəyişəcək. Əminəm ki, bizə Rusiyanın lazım olduğundan daha çox biz Rusiyaya lazımıq. Əks təqdirdə Rusiyanın sərhədləri Kransanodar vilayətindən keçəcək", – deyə o bildirib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bundan öncə Paşinyanın qorxduğu üçün Vladimir Putini Azərbaycana silah satışına görə tənqid edə bilmədiyini, əvəzində Minski hədəf götürdüyünü bildirib.