Putindən Cənubi Amerika ölkələrinə çağırış Dünya

Putindən Cənubi Amerika ölkələrinə çağırış

Avrasiya İqtisadi Birliyi Cənubi Amerika ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir. İTAR-TASS xəbər verir ki, bu haqda Braziliyada səfərdə olan Rusiya prezidenti Vladimir Putin Latın Amerikası ölkələrinin Avrasiya Birliyinə cəlb edilməsinin perspektivi barədə danışarkən deyib.
Kreml rəhbəri 2015-ci ilin ilk aylarından fəaliyyətə başlaması nəzərdə tutulan Avrasiya İqtisadi İttifaqının Cənubi Amerika bazarları ilə əməkdaşlıq haqqında saziş imzalayacaqlarına ümid etdiyini bəyan edib.
"Biz Cənubi Amerika bazarları ilə əməkdaşlıqda maraqlıyıq. Ümid edirəm ki, 2015-ci ilin başlanğıcında bununla bağlı uyğun sənəd imzalanacaq. Rusiya Braziliyanın dəstəyi ilə Cənubi Amerika dövlətlərini Avrasiya İttifaqına cəlb etməkdə maraqlıdır".