ABŞ Bin Ladenin oğlunun başına 1 milyon dollar mükafat qoydu Dünya

ABŞ Bin Ladenin oğlunun başına 1 milyon dollar mükafat qoydu

Birləşmiş Ştatlar Əl-Kaidə terrorçu təşkilatının öldürülmüş lideri Üsəma bin Ladenin oğlunun yerinin müəyyənləşdirilməsinə imkan verəcək informasiya üçün 1 milyon dollaradək mükafat təyin edib. "Azadlıq radiosu" xəbər verir ki, ABŞ Dövlət Departamentinin fevralın 28-də verdiyi bəyanatda deyilir ki, "Həmzə bin Laden mərhum əl-Kaidə lideri Üsəma bin Ladenin oğludur və əl-Kaidənin bölüm liderinə çevrilməkdədir. O davamılarını Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri üzərinə hücumlara çağıran audio və video mesajlar yayıb və 2011-ci ilin mayında ABŞ hərbi qulluqçuları tərəfindən öldürülmüş atasının qisasını almaq üçün Birləşmiş Ştatları hücumlarla təhdid edib".
Birləşmiş Ştatlar Əfqanıstana 2001-ci ildə müdaxilə edib, çünki Taliban hökuməti Birləşmiş Ştatların üzərinə 3000 minədək insanın ölümü ilə nəticələnmiş 11 sentyabr terror hücumlarını təşkil etmiş Əl-Kaidəni və ata Bin Ladeni himayə edirdi.
Bundan sonra Taliban hökuməti devrilmiş və Bin Laden Pakistanın Abbotabad şəhərində gizlənmişdi. O 2011-ci ildə qaldığı evə keçirilən reydin gedişində öldürülüb. Həmzə Bin Ladenin mümkün gizlənmə yerinə dair şayiələrdə Pakistan, Əfqanıstan, Suriya və İranın adları çəkilir.
2018-ci ildə açıqlanmış BMT hesabatında deyilirdi ki, "Əl-Kaidə, görünür rəğbətlilərinin sıralarını gənclərin hesabına genişləndirmək məqsədilə Həmzə bin Laden kimi yeni liderlərin yetişməsinin təbliğatını davam etdirir".
2016-cı ildə yayılmış videoda Həmzə bin Laden Birləşmiş Ştatlardan atasına görə qisas alacağı ilə hədələyirdi: "Əgər düşünürsünüzsə ki, Abbotabadda törətdiyiniz günahlı cinayət cəzasız qalıb, onda səhv edirsiniz".