"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
“Əsas məqsəd Türk dövlətlərinin malik olduğu potensialı ortaq imkanlara çevirməkdir”
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
19 Avqust 2019 17:24
1 792
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker səhhətində yaranan problemə görə “böyük yeddiliyin” (G7) Fransada keçiriləcək növbəti sammitində iştirak edə bilməyəcək.
RİA “Novosti” xəbər verir ki, bunu qurumun rəsmi nümayəndəsi Nataş Berto deyib. O, qeyd edib ki, Yunker xəstəxanada olması ilə bağlı Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska özü məlumat verəcək.
Şənbə günü Avropa Komissiyası, Yunkerin Avstriyadakı tətilini yarımçıq qoyaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yaymışdı.
Qeyd olunub ki, Avropa Komissiyasının prezidenti öd kisəsinin kəsilib götürülməsi əməliyyatı üçün Lüksemburqa göndərilib.