Paşinyan Ermənistanın Aİ və Aİİ arasında seçimindən danışıb: xalqın iradəsinə buraxacağıq
Rusiya qoşunları Ukraynanın Sumı vilayətində yeni yaşayış məntəqəsi ələ keçirib
Türkiyə həm İran, həm də ABŞ rəsmiləri ilə danışıqlar aparır
Əraqçi və Trampın xüsusi nümayəndəsi arasında birbaşa təmaslar dayandırılıb
17 Sentyabr 2019 16:07
2 702
Qırğızıstan-Tacikistan sərhədindəki son münaqişə ilə əlaqədar Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistanın bu ölkədəki səfiri Suxrab Olimzodaya etiraz notası təqdim edib.
Notada sərhəddə gərginliyin azaldılması və sabitləşməsi, gələcəkdə belə münaqişələrin baş verməməsi üçün Tacikistan tərəfi təxirəsalınmaz tədbirlər görməyə çağırılır.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov sərhəddə baş verən son münaqişə ilə bağlı müşavirə keçirib, güc strukturlarına sabitliyin bərpa olunması istiqamətində tapşırıqlar verib.
Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədində ötən gün axşam saatlarında və gecə baş verən qarşıdurmada 3 tacik hərbçi ölüb,13 nəfər yaralanıb.