Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var Hadisə

Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var

Zaqatalada minik avtomobili elektrik dirəyinə çırpılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatalanın Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala xəstəxanasına yerləşdirilib.