ABŞ-nin Corciya ştatında atışma: Yaşayış evində 5 nəfər ölü tapıldı Dünya

ABŞ-nin Corciya ştatında atışma: Yaşayış evində 5 nəfər ölü tapıldı

Corciya ştatının Duqlas şəhərindəki yaşayış evində baş verən atışma nəticəsində beş nəfər həlak olub.

Xalqcebhesi.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli polis departamenti məlumat yayıb.

Atışma barədə məlumat polisə cümə günü, oktyabrın 9-da gecə saatlarında daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silah yarası almış beş nəfərin meyitini aşkarlayıblar. Onların hamısı yerindəcə vəfat edib.

Polis hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün təhqiqat aparır.

Məryəm Quliyeva