9 Oktyabr 17:29
9 Oktyabr 17:20
12:25
448
NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone alyansın Kalininqradı blokadaya almağa hazırlaşması barədə iddiaları təkzib edərək, bu cür ssenarilərin əsassız olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "La Repubblica" qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, alyans toqquşmaya can atmır, lakin hər hansı bir hücüm halında cavab üçün kifayət gücə malikdir.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında bəyan etmişdi ki, söhbət Rusiya Federasiyasına, xüsusən də Kalininqrada birbaşa hücumdan gedərsə, "gündəmdə qaçılmaz olaraq və dərhal Rusiya Federasiyasının sərəncamında olan bütün silahların tətbiqi məsələsi ortaya çıxacaq". Onun sözlərinə görə, "bu, qaçılmazdır".
Məryəm Quliyeva