Putin Trampla telefon danışığında Tehranın sülh şərtlərini çatdırıb Dünya

Putin Trampla telefon danışığında Tehranın sülh şərtlərini çatdırıb

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkyanla razılaşaraq, İranın münaqişənin mümkün həlli ilə bağlı baxışını ABŞ prezidenti Donald Trampa çatdırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kreml bəyan edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putin Türkmənistandakı sammit çərçivəsində Pezeşkiyanla iki görüş keçirib və bu görüşlərin birində İran Prezidentinə ABŞ Prezidenti ilə gözlənilən telefon danışığı barədə məlumat verib.

"Daha sonra isə Rusiya Prezidenti İran Prezidenti ilə razılaşdıraraq Trampa münaqişənin olası həlli ilə bağlı İran tərəfinin baxışını çatdırıb", - deyə Peskov bildirib.

Məryəm Quliyeva