SEPAH Hörmüz boğazında tankərə zərbə endirildiyini bəyan edib Gündəm

SEPAH Hörmüz boğazında tankərə zərbə endirildiyini bəyan edib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən və mayeləşdirilmiş qaz daşıyan böyük gəmiyə zərbə endirildiyi barədə məlumat yayıb.

Xalqcebhesi.az -ın məlumatına görə, İRNA xəbər agentliyinin verdiyi açıqlamada deyilir: "Bir neçə saat əvvəl iri tutumlu "MT Sunshine" mayeləşdirilmiş qaz tankeri Hörmüz boğazının cənub hissəsində qeyri-qanuni marşrutla keçməyə cəhd edərkən zərbəyə məruz qalıb".

Məryəm Quliyeva