“İranlılar çox müəmmalı düşməndir, məni narahat edirlər” Dünya

“İranlılar çox müəmmalı düşməndir, məni narahat edirlər”

“İran-İsrail gərginliyi çox təhlükəli mərhələyə daxil olub, diqqətli olmaq lazımdır”.
Bunu İsrail Silahlı Qüvvələrinin Kəşfiyyat Tədqiqat İdarəsinin rəisi, general Darur Şalom deyib.
General İsrailin İranla hərbi qarşıdurma ehtimalının artdığını iddia edərək, İranın təhlükəli düşmən olduğunu bildirib.
Darur Şalom İranı Səudiyyə Ərəbistanının neft müəssisələrinə silahlı hücumda ittiham edib: “İran İsraili də “Aramco”-ya atılan raketlərlə vura bilər”.
Kəşfiyyat şefi İran və bir sıra region dövlətlərinin istənilən an İsrail hücum edə biləcəyinə diqqət çəkərək əlavə edib: “Bu addımlar qısa və uzaqmənzilli raketlər, PUA-lar vasitəsilə atıla bilər. İranın 1000 və 1200 kilometr uça bilən PUA-ları var, bunlardan körfəzdə də istifadə ediblər.
İranlılar çox müəmmalı düşməndir və məni narahat edirlər. İsrail-İran savaşı ehtimalı indiyədək olmadığı qədər labüddür. Proseslər daha pisə doğru gedir, gərginlik savaş səviyyəsinə qalxır”.