22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
4 Oktyabr 2019 12:20
1 813
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Avropa İttifaqının daxili məsələlər üzrə komissarı Dimitris Avramopulos, Almaniyanın daxili işlər naziri Horst Seehofer və Fransanın Ankaradakı səfiri Çarlz Frays ilə görüşüb.
“Milliyet” xəbər verir ki, görüşdə miqrantların vətənlərinə qaytarılması ilə bağlı razılaşma başda olmaqla suriyalı qaçqınların vəziyyəti, qanunsuz miqrasiya ilə mübarizə kimi mövzular müzakirə edilib.
İclasda çıxış edən S. Soylu bu gün dünyanın ən çox miqranta ev sahibliyi edən ölkəsinin Türkiyə olduğunu bildirib:
“Təxminən 5 milyondan çox qonağımız var. Onların 3 milyon 667 mini suriyalıdır. Qoyduğumuz miras qapımızı döyən,qapımıza gələn insanlara necə davrandığımızın bəlkə də gələcəkdəki ən önəmli göstəricisi olacaq. İstər düşərgə, istər uyğunlaşma, istərsə də qonaqpərvərlik baxımından Türkiyə bütün dünyaya nümunə olub”, - deyə nazir vurğulayıb.
22 Dekabr 19:59
980
22 Dekabr 19:23
994
22 Dekabr 19:02
1 050