Medvedev İrəvanda nəyi müzakirə edəcək? Dünya

Medvedev İrəvanda nəyi müzakirə edəcək?

Rusiyanın baş naziri Dmitri Medvedev sentyabrda Ermənistana səfər edəcək. Baş nazirin səfərləri adətən iqtisadi mövzu ilə bağlı olur.
Bu barədə "Jamanak" qəzeti yazıb. Qəzet yazıb ki, Medvedevin bu səfərinin əvvəlkilərdən fərqli olaraq iqtisadi əhəmiyyət daşımayacağı gözlənilir: "Bu məsələ, xüsusilə, Qərbin Rusiyaya sanksiyalar tətbiq etdiyi bir vaxtda, Ermənistan-Rusiya münasibətlərini aktuallaşdırır. Problem ondadır ki, Ermənistan istər-istəməz sanksiyaların təsirinə düşəcək. Rusiya Ermənistana kömək etməklə bağlı öhdəlik götürməzsə, situasiya Ermənistanda iqtisadi iflasa gətirib çıxara bilər. Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmaq məsələsi də görüşü zamanı mühüm olacaq".