“Paşinyan totalitar rejim qurmaq məsələsini referenduma qoyur” Dünya

“Paşinyan totalitar rejim qurmaq məsələsini referenduma qoyur”

“Paşinyan əslində şəxsi hakimiyyətini böyütmək və totalitar rejim qurmaq məsələsini referenduma qoyur”. Bunu Ermənistanın “Politekonomia” araşdırma institutunun direktoru, siyasi ekspert Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, Paşinyan bunu bütün bunları xalqın adından edir. “Paşinyan qürurlu və daha qürurlu Ermənistan vətəndaşlarını əmin edir ki, arzuların Konstitusiya Məhkəməsi və suveren dövlətə sahib olmaq üçün “xalq”ın başçılığı altında müsəlman, Asiya və Afrika qarışığını xatırladan dövlət sistemi yaratmaq lazımdır. O, özünü xalqla təvazökarcasına eyniləşdirir. Demaqogiya və populizm o həddə çatıb ki, Paşinyan nəinki özü və “Mənim Addımım” ittifaqının, həmçinin xalqın hakimiyyətə gəldiyini bəyan edir”, - deyə Tevanyan yazıb. Ermənistanın “Hüquqi özbaşınalığa qarşı” ictimai təşkilatının icraçı direktoru, vəkil Larisa Alaverdyan isə deyib ki, legitimlik iki cür olur: xalqın seçilmiş və ya seçilən hakimiyyətə etimadını ifadə edən daxili legitimlik və hər hansı bir ölkə və ya ictimai təşkilatın qeyd edilən seçki nəticəsində seçilmiş hakimiyyəti tanıyan xarici legitimlik. O qeyd edib ki, Paşinyanın dediklərinin altında material var, lakin bunun nəyi nəzərdə tutuduğunu başa düşmək lazımdır. “İndi Ermənistan nə etməlidir? Zəmanət hansı legitimlik üçündür? Orada müşahidə məqsədilə iştirak etmək istəyirlər, bu, hər zaman edilib, böyük deputat qrupları gedib, xaricdən insanlar dəvət etmişik. Əgər söhbət bu barədədirsə, yaxşıdır. Lakin söhbət bu barədə deyilsə, məgər söhbət seçkilərdən sonra Ermənistanın Qarabağın seçilmiş səlahiyyətlilərini (qondarma qurum-red.) de-yure tanıdığını elan edəcəyindən gedir?”, - deyə Alaverdyan bildirib. Alaverdyan qeyd edib ki, faktiki olaraq müharibə vəziyyətində olan ölkədə inqilabı təhrik etmək olmaz. “Bu texnologiya rədd edilməlidir, faktiki olaraq müharibə aparan ölkədə nə məxməri, nə ipək, nə də çit inqilablar etmək olmaz”, - deyə o bildirib.