Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
11 Fevral 2020 15:53
2 352
Türkiyə hakimiyyəti Suriya ilə fikir ayrılığı ucbatından Rusiya ilə münasibətləri nəzərdən keçirməlidir.
Bunu Türkiyə Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.
“Həm Suriya, həm də Türkiyəni eyni anda nəzarət altında saxlamağa cəhd edən Rusiyanın xoş niyyəti yoxdur. Biz ümid edirik ki, Rusiya ilə münasibətləri hakimiyyət yenidən nəzərdən keçirməlidir. Astana, Soçi, Cenevrədəki danışıqlardan və ya diplomatik kontaktlardan hansısa nəticələr hələ də əldə edilməyib və onları gözləməyə də dəyməz. Bizim hərbçilərin qətlinə görə günah bu vəziyyəti hazırlayan Rusiya kimi, Suriyanın da üzərinə düşür”, – deyə o bildirib.
Baxçalı Ankaranın artıq indidən Dəməşqə hücumu planlaşdırmalı olduğunu bildirib:
“Suriyanı yandırın, İdlibi məhv edin, Əsəd hakimiyyətinə son qoyun!”
23 Mart 12:04
1 694
22 Mart 17:42
4 018
22 Mart 17:18
1 764