Kremldən Suriya ordusuna dəstək: Soçi razılığı bitir? Dünya

Kremldən Suriya ordusuna dəstək: Soçi razılığı bitir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi ki, Rusiya ilə Soçidə əldə etdikləri razılıq ciddi təhlükə qarşısındadır.
Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov Kreml sözçüsü Dmitri Peskovun "Suriya ordusu İdlibdə terrorla mübarizə aparır” fikrinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, bu halda hər iki dövlət öz siyasətini istənilən vasitələrlə həyata keçirməyə çalışacaq:
“Son dərəcə mürəkkəb vəziyyətin şahidi ola bilərik. Astana prosesində əsas rol Rusiya və Türkiyənin üzərinə düşürdü. Lakin İdlib münaqişəsində artıq hər iki tərəfdən həlak olanlar var. Onlar başa düşürlər ki, tökülmüş qan həmişə zənzirvari reaksiya doğurur. Bu baxımdan hesab edirəm ki, vəziyyət son dərəcə gərgindir. Düzdür, daha öncə Rusiya və Türkiyə arasında çox ümidverici razılaşmalar əldə olunmuşdu. Lakin indi bu hərbi-siyasi böhran sanki elə istiqamətdə inkişaf edir ki, bu iki ölkənin nəinki bir-birindən uzaqlaşması, hətta bir-birinin dəstəklədiyi qüvvələrə qarşı hərbi əməliyyat başlatması ehtimalı da gündəmə gələcək”.