Avropa İttifaqı Tükiyəyə vaxt verib Dünya

Avropa İttifaqı Tükiyəyə vaxt verib

Biz özümüzü burada əsla yad hiss etmirik. Hazırda öz evimizdə sizinlə bir yerdəyik. Türkiyə ilə Pakistan arasındakı qardaşlıq əlaqələri dünyada çox az ölkəyə nəsib olur. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan parlamentində çıxışında deyib.
“Biz sizi sevməyib, kimi sevəcəyik? Kimə məhəbbət göstərəcəyik? Pakistan xalqının Qurtuluş müharibəsi zamanı tikəsindən kəsib göndərdiyi yardımları heç vaxt unutmadıq, unutmayacağıq da! Dünən Çanaqqala, bu gün Kəşmir! Türk millətini tək qoymayan qardaşlarımızı unutmayacağıq. Pakistanla qardaşlığımızı əbədi olaraq qoruyacağıq. Bizim dostluğumuz maraqlardan deyil, sevgidən gəlir. Pakistanın kədərini kədərimiz, sevincini sevincimiz, uğurunu da uğurumuz kimi görmək istəyirik”, - Ərdoğan bildirib.
Avropa İttifaqının diplomatları vergi şəffaflığı tələblərinə cavab vermək üçün Türkiyəyə daha çox vaxt vermək barədə ilkin razılığa gəlib. İki diplomatik mənbə bildirir ki, bu addım ittifaqın qara siyahısını zəiflətməklə bərabər Türkiyə ilə yarana biləcək yeni gərginliyin də qarşısını almış olacaq.
Avropa İttifaqının 2017-ci ildə yaratdığı ''qara siyahı''-da vergidən yayınmanın qarşısını almağa yönəlmiş vergi siyasəti və təcrübəsi olmayan ölkələr var. Bu korporasiyaların və varlı şəxslərin vergi sənədlərini azaltmaq üçün istifadə etdikləri geniş yayınma sxemlərinin aşkarlanmasına səbəb olub.
Siyahıya daxil edilməməsi üçün Türkiyədən də keçən ilin sonuna qədər lazımlı yeni qanunları qəbul etməsi tələb edilmişdi ki, bu da vergi məlumatlarının avtomatik olaraq Aİ ölkələri ilə mübadiləsini təmin edəcəkdi. Tələbi yerinə yetirmək üçün bir ildən çox vaxt verilsə də, qanun qəbul edilməyib.
"Türkiyəni nəzəri cəhətdən siyahıya salmaq lazımdır, lakin siyasi səbəblərə görə bundan yan keçilib" - deyə, Aİ-dan diplomat Reuters-ə bildirib. İkinci bir diplomat isə Türkiyənin öhdəliklərini yerinə yetirməsi üçün bu ilin sonuna qədər əlavə vaxt verildiyini söyləyib. İlkin razılaşma diplomatların iclasında müzakirə ediləcək və gələn həftə Brüsseldə keçiriləcək Aİ maliyyə nazirlərinin toplantısında yekun təsdiqə ehtiyac duyulacaq.