Honkonqda ev pişiyi koronavirusa yoluxub Dünya

Honkonqda ev pişiyi koronavirusa yoluxub

Honkonqda ev pişiyi koronavirusa yoluxub.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, “COVİD -19” pişiyə sahibindən keçib.
Bu hadisəyə qədər Belçikada bir ev pişiyi koronavirusa yoluxmaqda şübhəli bilinib. Sahibi İtaliyadan qayıdan pişikdə ishal və asqırma müşahidə olunub. Sahibinin koronavirusa qarşı testi müsbət olsa da, pişiyin analizinin nəticələri hələ açıqlanmayıb.
Ümumdünya Səhiyyə Təşkilatı bir müddət öncə açıqlayıb ki, hazırda it, pişik və digər ev heyvanlarının koronavirusu keçirməyə qadir olduqlarına dair heç bir dəlil yoxdur.