10:34
644
Son 5 il ərzində ölkədə gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları həcmində vəsait ayrılıb.
"APA-Economics" xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Sərhədsiz Gənclər: Ortaq Regional Rifahın Hərəkətverici Qüvvəsi" mövzusunda təşkil olunan sessiyada bildirib.
Onun sözlərinə görə, həmin dövrdə təxminən 70 min gənc müxtəlif təhsil proqramlarından faydalanıb:
"İslamda təhsil təkcə iqtisadi sərmayə deyil, eyni zamanda insan ləyaqətinə, məsuliyyətə və cəmiyyətə xidmətə qoyulan sərmayədir. Məhz buna görə Azərbaycanda biz gənclərə qoyulan sərmayəni gənc sahibkarlığa qoyulan sərmayə kimi görürük. Gənc sahibkarların daha geniş bazarlara çıxışa, daha sərbəst hərəkət imkanlarına və güclü şəbəkələrə ehtiyacı var".
11:20
455
11:19
847
10:58
595