11:19
777
Suriya hakimiyyəti ABŞ-ın Livanın şiə "Hizbullah" hərəkatına qarşı güc tətbiq etmək barədə təklifini rədd edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Suriya prezidentinin müşaviri Əhməd Zeydan məlumat verib.
"ABŞ Suriyanın Livandakı vəziyyətə müdaxilə etməsini təklif etdi. Suriya dövləti hərbi müdaxilədə maraqlı deyil. Bəzi beynəlxalq oyunçular hərbi yanaşmaya əl ata bilərlər, lakin bu cür hərəkətlər regionda öz səmərəsizliyini sübut edib", — deyə o qeyd edib.
Zeydanın sözlərinə görə, Dəməşq Livan hökumətinin dövlət institutlarını gücləndirmək səylərini dəstəkləyir, lakin xarici hərbi müdaxilənin əleyhinə çıxış edir.
Nəşr həmçinin qeyd edir ki, əvvəllər Suriya prezidenti Əhməd əş-Şaranın Vaşinqtona mümkün səfəri müzakirə olunurdu və burada Suriyanın Livandakı vəziyyətdəki rolu barədə söhbət gedə bilərdi. Lakin sonradan ABŞ tərəfi belə bir səfərin hazırkı planlarda yer almadığını bildirib.
Məryəm Quliyeva