09:53
1 232
Pentaqon daha ucuz raket sistemlərinin hazırlanması hesabına raket istehsalını artırmağı və silahlara çəkilən xərcləri azaltmağı planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazır.
Nəşrin məlumatına görə, ABŞ hərbçiləri istehsal müddətini illərlə qısaltmaq və məhsulun dəyərini yüz milyonlarla dollar azaltmaq üçün qeyri-standart müqavilə sxemlərindən istifadə edir və müdafiə şirkətlərinə yeni silah növlərini sıfırdan yaratmağı tapşırır. Xüsusilə, ABŞ ordusu hər birinin dəyəri 500 min dollardan az olan konteyner tipli raketlərin yaradılması proqramını, həmçinin hər birinin dəyəri 250 min dollardan az olan hava hücumundan müdafiə raketlərinin hazırlanması layihəsini həyata keçirir.
Qəzet qeyd edir ki, yeni proqramlar hər birinin dəyəri təxminən 4 milyon dollar olan "Patriot" raketləri kimi mövcud yüksək texnologiyalı raketləri tez bir zamanda əvəz etmək üçün nəzərdə tutulmayıb. Bununla belə, hərbi rəhbərlik artıq indidən əlavə istehsal gücləri yaratmağa və gələcək üçün silah seçimini genişləndirməyə ümid edir.
"The Wall Street Journal" vurğulayır ki, silahların dəyərinin və istehsal müddətinin artması ABŞ hərbi-sənaye kompleksinin əsas problemlərindən biri olaraq qalır. Bu fonda ABŞ prezidenti Donald Tramp və Pentaqonun rəhbəri Pit Heqset son aylarda müdafiə podratçılarının fəaliyyətinə və onların səmərəliliyinə nəzarəti gücləndirəcəklərinə söz veriblər.
Məryəm Quliyeva