Fransa Hörmüz boğazına mina axtaran gəmilər göndərir Dünya

Fransa Hörmüz boğazına mina axtaran gəmilər göndərir

Fransa ehtiyac yaranacağı təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarını həyata keçirmək üçün öz mina axtaran gəmilərini ora göndərməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TF1" telekanalının efirində respublikanın silahlı qüvvələr naziri Katrin Votren bildirib.

"Bizim həmin zonada minalardan təmizləmə əməliyyatlarını potensial olaraq müşayiət etməyə hazır olan iki mina axtaran gəmimiz –"Lyre" və "Androm de" var", - deyə hərbi idarənin rəhbəri qeyd edib.

O, gəmilərin məhz harada yerləşdiyini dəqiqləşdirməsə də, hazırda onların "Hörmüz boğazından çox da uzaqda olmadığını" vurğulayıb. "Bu o deməkdir ki, onların prosesə çox tez müdaxilə etmək imkanı var", - deyə Votren əlavə edib.

Nazir gəmilərin sürətlə yerləşdirilməsinin vacibliyinə diqqət çəkib, çünki "boğazın minalanıb-minalanmaması məsələsində hələ də qeyri-müəyyənlik qalmaqdadır".

Məryəm Quliyeva