7 Sentyabr 16:15
7 Sentyabr 14:52
16 İyun 10:58
2 534
İslam İnkişaf Bankının (IsDB) üzv ölkələrində təxminən 150 milyon gənc təhsil, məşğulluq və peşə hazırlığı imkanlarından kənarda qalır.
"APA-Economics" xəbər verir ki, bunu İslam İnkişaf Bankının İqtisadi və Sosial İnfrastruktur Departamentinin direktoru İdrissa Dia Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Sərhədsiz Gənclər: Ortaq Regional Rifahın Hərəkətverici Qüvvəsi" mövzusunda təşkil olunan sessiyada bildirib.
Onun sözlərinə görə, dünyada hər beş gəncdən biri nə təhsil alır, nə işləyir, nə də peşə hazırlığı keçir: "Ərəb ölkələrində gənclər arasında işsizlik səviyyəsi 28 faiz, Mərkəzi Asiya və Qafqaz regionunda isə orta hesabla 14 faizdir".
O vurğulayıb ki, əsas problem gənclərdə istedad və ya ambisiyanın olmaması deyil, onların potensialını reallaşdırmasına mane olan baryerlərin mövcudluğudur.
7 Sentyabr 15:00
945
7 Sentyabr 14:08
917
7 Sentyabr 11:24
973