3 Aprel 2020 11:07
1 960
ABŞ-da işsizlərin sayı 6,6 milyon nəfərə çatıb.
Bu məlumatı “Assoşeyted Press” agentliyi yayıb. Məlumata görə, bununla da ölkədə işsizliyin səviyyəsi iki dəfə artıb.
Qeyd edək ki, iqtisadçılar aprelin sonuna qədər ABŞ-da işsizlərin sayının 20 milyona çatacağını proqnozlaşdırıblar. Bunun 1982-ci ilin antirekordunu yeniləyəcəyi gözlənilir.