Rusiya silahını satmağa bazar axtarır Dünya

Rusiya silahını satmağa bazar axtarır

Rusiya dünya silah bazarında öz yerini qorumaq və yeni silahlarını satmaq üçün bazarlar axtarmaqdadır.
Bunu qəzetimizə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində bu ölkədən 5 milyad dollardan artıq silah alıb. Və yeni müqavilələr bağlamaqla Moskva ölkəmizə yeni silahların satışını reallaşdırmağa çalışır. Məsələnin maraqlı tərəfi ondadır ki, Azərbaycana bu təklifi Rusiya özü edir.
Rusiya ilk əvvəllər Azərbaycana müasir raket və aviasiyanın satışında tərəddüd edirdi. Azərbayacanın alternativ silah bazarı əldə etməsi və kifayət qədər maliyyə imklanlarının olması digər ölkələrdən qırıcı təyyarələr alınması istiqamətində işlərə başlayandan sonra Rusiya artıq, Azərbaycana SU-35 və Mİq-35 qırıcılarının satışını təklif etdi. Rusiyanın bu təklifi öz alıcısını itirməməklə yanaşı müəyyən siyasi məqsədlərin də olduğu istisna deyil. Qeyd edim ki, Rusiyanın yeni nəsil Su-35 qırıcısı, ABŞ-ın yeni nəsil F-35 qırıcısnın analoqudur: “Rusiya SU-35 təyyarələrini Ermənistana ixrac edəcəyini dəfəflərlə bəyan etsə də, bu, işğalçı ölkədə eyforiyaya gətirib çıxarmasanına baxmayaraq Moskva döyüş təyyarələrini Yerevana göndərməyib. Hətta erməni Baş nazir Nikol Paşinyan Yerevan yaxınlığında Rusiyanın hərbi bazasına gedərək Rusiyanın SU-35 təyyarəsinə əyləşib buradan Azərbaycana mesaj verdi. Amma Rusiya bu silhaları geniş partiyada Azərbaycana satmağı reallaşdırır.
Rusiyada məlum pandemiya və neft qiymətlərində ucuzlaşma Moskvanın bu döyüş təyyarələrini Ermənistana böyük partiyada verməsini mümkün etmir. Bu təyyarələri ucuz qiymətə və yaxud kreditlə Ermənistana verməkdənsə digər ölkələrə baha qiymətə maliyyə əldə etməyə yönləndirər. Sadəcə bir və ya iki təyyarə verməklə forpostunu sakitləşdirə bilər”.
Onun sözlərinə görə, Azərbyacanın arsenalında olan Miq-29 və Su-30 hərbi aviasiyası döyüş tələblərinə cavab versə də, aviasiya parkının yenilənməsi mütləqdi:” Azərbaycan ABŞ-dan hərbi helikopterlər, İtaliyadan hərbi təlim məqsədləri üçün qırıcılar alır, Pakistandan da yeni qırıcılar alınması istiqamətində razılıq əldə edilib.
Rusiyanın ölkəmizə satacağı Su-35 və Miq-35 hərbi təyyarələri Ermənistana siyasi şapalaqdı.
Azərbaycan yeni qırıcılar əldə etməklə ilk növbədə Ermənistan qarşısnıda havada öz üstünlüyünü qoruyacaq. Regionda ən güclü hərbi aviaparka sahib olacaq. Artıq Ermənistan başa düşməlidir ki, onun müttəfiqi yeni, ən güclü qırıcısını Azərbaycana satır. Və Rusiya əvvəlki illərdən fərqli olaraq Azərbaycana satdığı bahalı və müasir silahları Ermənistana vermir. Onun əvəzində öz ordusunun işlənmiş silahlarını göndərir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın sabiq prezdenti Serj Sarkisyanın 42 milyon dolllara Rusiyadan aldığı silahları "dəmir qırıntısı" adlandırmaqla öz münasibətini bildirmişdi.
Göründüyü kimi Rusiyanın Azərbaycana yeni nəsil qırıcılarının ixracı Ermənistan hakimiyyətində tektonik sirkələnməyə gətirəcək. Azərbaycan bu silahları ambarda saxlamaq və təlimdə istifadə etmək üçün almır. Azərbyacnın Rusiyadan silah almasına qarşı olsa da, yeni müasir bu təyyarənin alınması məqsədə uyğundur.
Yeni geosiyasi bir mənzərə formlaşır və mütləq şəkildə silahlanma bizim öz ərazilərimizin azad olunmasına yönələcək”.