Belçikada bir gündə 327 nəfər koronavirusdan ölüb Dünya

Belçikada bir gündə 327 nəfər koronavirusdan ölüb

Belçikada son sutka ərzində 327 nəfər koronavirusdan ölüb.
APA-nın xəbərinə görə, ölkənin Səhiyyə Nazirliyinin Böhran Qərargahının yaydığı məlumatda bildirilir ki, ölənlərin ümumi sayı 3 346-ya yüksəlib.
Ən ağır vəziyyət qocalar evlərindədir. Ölümlərin 42 faizi bu evlərin payına düşür.
Son sutka ərzində 1 351 yeni yoluxma qeydə alınıb, yoluxanların ümumi sayı 28 018-dir.
Belçikada martın 14-dən aprelin 19-dək sosial izolyasiya tədbirləri görülür, tədbirlərin mayın 3-dək uzadılması gözlənilir.