Gürcüstanda koronavirusa yoluxanların sayı 266 nəfər olub Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 266 nəfər olub

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 266 nəfərə çatıb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə karantində 4872 nəfər saxlanılır, stasionar müalicədə isə 453 nəfər var. Virusa yoluxmuş şəxslərdən 67-si sağalıb, 3 nəfər isə vəfat edib. Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.