Bolnisidə koronavirusa yoluxanların son sayı açıqlanıb Dünya

Bolnisidə koronavirusa yoluxanların son sayı açıqlanıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda yeni növ koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb.
APA-nın yerli bürosu xəbər verir ki, Bolnisi İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Maka Mamardaşvili bildirib ki, rayonda son yoluxma halı ötən gün qeydə alınıb. "Dünən Bolnisidə koronavirusa yeni bir yoluxma halı təsdiq edilib. Həmin şəxsin Savaneti (İmirhəsən) kəndindəki digər yoluxanla sıx ünsiyyətdə olduğu müəyyən olunub. Yoluxanın ünsiyyətdə olduğu şəxslər müəyyənləşdirilərək karantinə alınıblar", - deyə Maka Mamardaşvili bildirib.
Qeyd edək ki, Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 266 nəfərə çatıb, onlardan 3-ü vəfat edib.