“Türkiyənin Liviyada olması vacib məsələdir” Dünya

“Türkiyənin Liviyada olması vacib məsələdir”

Avropa Parlamenti Türkiyənin Liviya hökuməti ilə gördüyü işlərə müsbət baxır.
Bunu Avropa Parlamentinin üzvü Andri Kozzolino deyib. O bildirib ki, Türkiyənin Liviyada olması vacib məsələdir: “Ümid edirik ki, onlar burada sülhün təmin edilməsində vacib rol oynaya bilər”.
A.Kozzolino qeyd edib ki, Liviyada baş verən böhranın səbəbkarı paytaxt Tripoliyə hücum edən Xəlifə Haftardır: “Liviyada müharibə dövrü bitib. Hər kəs dialoqa girməlidir. Böhranın başa çatması üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir Haftara nəsihət verməlidir. Bu dövlətlər Liviyadakı tərəflərə silah verməklə yox, sülh üçün kömək etməlidirlər. Yəməndəki hadisələrin Liviyada təkrar edilməsini istəmirik. Avropa Birliyi Liviyada sülhün təmin edilməsinə kömək etməyə çalışır”.