AKP katibi: "Türkiyə sərhədlərini bağlamaqla yox, ehtiyacı olan ölkələrə dəstəklə pandemiyadan qurtulacaq" Dünya

AKP katibi: "Türkiyə sərhədlərini bağlamaqla yox, ehtiyacı olan ölkələrə dəstəklə pandemiyadan qurtulacaq"

“Biz sərhədlərimizi bağlayaraq bu pandemiyadan qurtara bilmərik, ehtiyacı olan ölkələrə də yardım etməliyik və edirik. Türkiyə vətəndaşının ehtiyacını qarşıladıqdan sonra xarici ölkələrə də dəstəyini verir”.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Ömər Çelik partiyanın Mərkəzi Komitəsinin növbəti video-konfransdan sonrakı açıqlamasında bu fikirləri bildirib.
O deyib ki, hazırda bütün dünyada fəlakət halını alan yeni növ koronavirusla (COVID-19) mübarizəyə dəstək çərçivəsində Türkiyə Prezidentinin xoşməramlı məktubu ilə birgə 44 ölkəyə yardım edilib: “İndiyədək bu addımı nə Almaniya, nə Fransa, nə ABŞ kimi ölkələrdən belə bir addım gördük. Əksinə, hətta bu çətin günlərdə belə Türkiyəyə iftiralar atıldığının da şahidi oluruq”.
Ömər Çelik əlavə edib ki, Türkiyədə 23 aprel Milli Suverenlik Uşaq bayramının 100 illiyi COVID-19 səbəbi ilə əhalinin balkonlardan qatılması ilə qeyd olunacaq.