“Cənub qaz dəhlizi: Avropanın enerji təhlükəsizliyi üçün nəticələr” Dünya
- 17 Sentyabr 2014 17:06
- 903
Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzi "dəyirmi masa" keçirib
Sentyabrın 16-da Vaşinqtonda "Cənub qaz dəhlizi: Avropanın enerji təhlükəsizliyi üçün nəticələr" mövzusunda "dəyirmi masa" keçirilib.
Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə bp şirkətinin Cənub Qaz Dəhlizi layihəsi üzrə vitse-prezidenti Cozef Merfi və Transadriatik Qaz Kəməri (TAP) layihəsinin xarici əlaqələr və kommunikasiyalar üzrə direktoru Maykl Hoffman çıxış edib.
"Dəyirmi masa"nın moderatoru, Xəzər regionu üzrə tanınmış ekspert Brenda Şaffer Cənub Qaz Dəhlizinin əhəmiyyəti barədə giriş sözü söyləyib. Sonra Cozef Merfi tədbir iştirakçılarına bp şirkətinin Azərbaycanın "Şahdəniz" yatağından qazın nəql edilməsi layihəsi üzrə fəaliyyətinin konsepsiyası və istiqamətləri barədə məlumat verib. Onun sözlərinə görə, əsas məqsəd Xəzərin ehtiyat mənbələrini Avropa ilə birləşdirmək, Avropa qitəsi üçün yeni qaz ehtiyatları yaratmaq və Avropanın özündə yeni birləşdirici boru kəmərləri şəkilməsini stimullaşdırmaqdır.
Maykl Hoffman qeyd edib ki, Transadriatik Qaz Kəməri layihəsi artıq həmin layihədə iştirak edən Albaniya üçün, habelə Cənub-Şərqi Avropa regionundakı Bosniya və Herseqovina, Monteneqro və Bolqarıstan kimi ölkələr üçün yeni imkanlar yaradacaq. O vurğulayıb ki, Avropada təbii qazın paylaşdırılması sistemlərinin ən nüfuzlu operatorlarından biri olan Fluxys şirkəti Transadriatik Qaz Kəməri layihəsində 16 faiz payçıdır. M.Hoffman bildirib ki, həmin qaz kəmərinin tikintisinə 2016-cı ildə başlamaq və bu işi 2019-cu ildə başa çatdırmaq nəzərdə tutulur. Şirkət Albaniyada mövcud 50 körpünü bərpa etməyi və iki yeni körpü tikməyi planlaşdırır. Qaz kəməri çəkilişinin uğurlu olması üçün bu ölkədə müvafiq infrastruktur yaradılmalıdır.
C.Merfi daha sonra bildirib ki, tərəfdaşlar bu layihənin həyata keçirilməsinə 45 milyard dollara qədər sərmayə qoyulmasını planlaşdırılırlar.
Cari ilin yanvar ayından bəri imzalanmış kontraktlara artıq 9 milyard dollar vəsait sərf edildiyini nəzərə çatdıran C.Merfi bildirib ki, layihədə iştirak edən tərəfdaşlar regionda geostrateji rol oynayır və Cənub Qaz Dəhlizi Birləşmiş Ştatların və Avropa İttifaqının siyasi dəstəyi ilə bp şirkəti tərəfindən həyata keçirilən ən iri layihədir.
CƏMİL

- 12:23
- 539
- 12:17
- 532
- 12:11
- 539
-
Prezident İlham Əliyev: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik
-
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək
-
“Milli Məclis qarşısında məsələ qaldırıla bilər”
-
Prezident İlham Əliyev: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər
-
“2024-cü ildə də sosial təminat prioritetliyini qoruyub saxlayır”
-
Avropa Parlamentinin qətnaməsi əsassızdır - XİN
-
Rusiya üçün çətin aylar başlayır
-
“Səfərin siyasi tərəfləri də var”
-
“Xarici investisiya və şirkətlərin cəlbinə ehtiyac var”
-
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB
-
Məhbus aktivistlər məzuniyyət hüquqları ilə təmin olunmurlar
-
Şoyqu: Rusiya heç vaxt NATO-nu təhdid etməyib
-
“İlham Əliyev məhz Füzuli şəhərindən Almaniyaya işgüzar səfər edərək...”
-
Ayxan Hacızadə: Avropa Parlamentinin qətnaməsi əsassızdır
-
“Bu məqam diqqət çəksə də...”
-
Ukrayna məhkəməsi keçmiş naziri həbs edib
-
“Ermənistan normal qonşu olmağı öyrənməlidir”
-
Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir
-
Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var
-
“Azərbaycan delimitasiya işini davam etdirmək istəyir”
-
TƏBİB-in direktoru Bakıda poliklinikalarda növbə olmasının səbəbi AÇIQLAYIB
-
Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir
-
“Görülən bütün müsbət işlər eyni zamanda pərdəarxası fəaliyyətin də nəticəsidir”
-
“Ən vacib məsələlərdən biri normallaşmaya gedilməsi və gələcəklə bağlıdır”
-
Rusiya sülhməramlılarının Azərbaycandan tam çıxarılması prosesinə başlanılıb - Müdafiə Nazirliyi
-
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi - Kərəm Vəliyev
-
Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
-
Blinken çinli həmkarı ilə görüşüb
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı
-
Əqli mülkiyyət hüququnun qorunması Ombudsmanın fəaliyyət istiqamətləri arasındadır
-
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər
-
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
-
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
-
Mastercard: Azərbaycan təmassız ödənişlər üzrə regional liderdir
-
Yanvar-mart aylarında Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
-
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edildi
-
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu qaydası hazırlanacaq
-
Tarixi zəfərimizin əqli mülkiyyətə müsbət təsirləri var - Kamran İmanov
-
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
-
Trampın müşavirləri ABŞ dollarından imtina edən ölkələrə qarşı sanksiyalar barədə düşünürlər
-
Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı gözlənilir
-
Qızıl və gümüş yenidən bahalaşıb
-
KİV: ABŞ Ukraynaya yeni yardım paketini elan edə bilər
-
Keçmiş ukraynalı nazir həbs olunub
-
Bakıda evdə meyit tapılıb
-
Azərbaycanda general-mayor vəfat edib
-
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb
-
Liftdə köməksiz qalan 1 nəfər xilas edilib
-
NİİM piyadalara müraciət edib
-
QAİ Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
-
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
-
Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro
-
Rusiyanın itkiləri artır
-
COP29-un əhəmiyyəti
-
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə cinayət işi açılıb
-
Xocavənddə partlayıcı vasitələr aşkar edildi
-
"ABŞ Pekinin inkişafına mane ola bilməyəcək”
-
İcra başçıları və digər rəhbər şəxslərlə görüşmək istəyənlərin nəzərinə - CƏDVƏL
-
Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri