Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
29 Aprel 2020 13:16
2 058
ABŞ-da son bir neçə ayda koronavirusdan ölənlərin sayı Vyetnam müharibəsində ölən amerikalıların sayını ötüb. Bu ölkədə epidemiyadan 58 mindən çox adam ölüb. ABŞ-ın Johns Hopkins Universiteti bildirib ki, ölkədə koronavirusa yoluxma halları 1 milyonu keçib. Dünyada koronavirusa yoluxanların sayı isə 3 milyonu ötüb.
Ağ Evin aparıcı tibbi məsləhətçilərindən biri olan Anthony Fauci epidemiyanın bitməsinə hələ çox qaldığı barədə ciddi xəbərdarlıq edib. O deyib ki, tədqiqatçılar effektiv bir müalicə tapa bilmədikdə, ölkəni "pis payız" gözləyə bilər. Dr Fauci, virusun geri dönməsinin qaçılmaz olduğunu söyləyib və əlavə edib ki, virus yay boyunca tamamilə yox olmaya da bilər. ABŞ-da bu qədər təsdiqlənmiş yoluxma sayının olması ölkədə Covid-19 testinin çox edildiyi ilə əlaqələndirilir. Bu ölkədə son aylarda 5.7 milyon test edilib. ABŞ Prezidenti Donald Trump deyib ki, bir müddət sonra ölkədə hər gün 5 milyon test edilə bilər.
16 May 11:14
1 484
16 May 11:09
2 709
15 May 20:36
1 834