Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
8 May 2020 10:28
1 960
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 8 yeni yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 623 nəfərə çatıb.
Qeyd olunub ki, koronavirus səbəbi ilə 4723 nəfər karantində saxlanılır, 446 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Yoluxanlardan 288 nəfəri sağalıb, 9 nəfəri isə vəfat edib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.
11:14
1 204
11:09
2 135
15 May 20:36
1 547