Türkiyədə koronavirusdan daha 48 nəfər ölüb Dünya

Türkiyədə koronavirusdan daha 48 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 48 nəfər ölüb.
Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 33 687 şübhəli koronavirus testindən keçib, onlardan 1848-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 3689 nəfər ölüb, 135 569 nəfər bu infeksiyaya yoluxub, 86 396 nəfəri isə müalicə olunub. Bu gün 3412 xəstə evə buraxılıb.