“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
16 May 2020 12:51
3 500
Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində “Taliban” hərəkatının hücumları nəticəsində azı səkkiz hərbçi həlak olub, doqquz nəfər isə yaralanıb.
1TV News telekanalı xəbər verir ki, taliblər gecə saatlarında Maçalqu bəndi rayonunda nəzarət-buraxılış məntəqələrinə hücumlar ediblər. Əfqanıstan ordusu isə öz növbəsində döyüşlər zamanı həmin rayonda doqquz silahlının öldürüldüyünü, beşinin isə yaralandığını bildirib.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.
19 Sentyabr 12:42
917
19 Sentyabr 12:38
882
19 Sentyabr 11:26
959