“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
1 İyun 2020 17:45
1 792
Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin vaxtı məlum olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Rusiya Prezidenti Vladimir Putin keçirdiyi əməliyyat müşavirəsində ümumxalq səsverməsinin Qələbə Paradı ilə eyni gündə, iyunun 24-də keçirilməsi təklifinə qarşı çıxıb.
O, Qələbə Paradının ayrıca bayram olduğunu, insanların həmin gün konstitusiyaya dəyişikliyə köklənə bilməyəcəyini söyləyib.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova isə ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsini təklif edib. V. Putin konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsi təklifi ilə razılaşıb.
Qeyd edək ki, Rusiya Prezidenti koronavirus epidemiyasının yayılmasına görə konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 22-nə təyin olunan ümumxalq səsverməsinin qeyri-müəyyən vaxtadək təxirə salıb. Qanun layihəsinə görə, ölkə konstitusiyasının 171 bəndinə dəyişiklik edilməsi planlaşdırılır.
17 Mart 21:33
980
17 Mart 21:32
1 057
17 Mart 21:30
966