NBA-da 16 oyunçu koronavirusa yoluxdu Dünya

NBA-da 16 oyunçu koronavirusa yoluxdu

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 16 oyunçusu koronavirusa yoluxub.
Həmin idmançıların adı açıqlanmır.
Bundan əvvəl, "Denver Naggets" klubunun basketbolçusu Nikola Yokiçin koronavirus testinin mübət nəticələndiyi məlum olmuşdu.
Qeyd edək ki, NBA matçları iyulun 30-da bərpa olunacaq. Mövsümün bütün matçları Florida ştatında keçiriləcək. Komandalar iyulun 7-də məşqləri bərpa edəcək.
Milli Basketbol Assosiasiyasının 2019-2020-cil mövsüm oyunları pandemiya ilə əlaqədar mart ayında dayandırılmışdı.