AES bağlanır Dünya

AES bağlanır

Ermənistan Atom Elektrik Stansiyasında (AES) sentyabrın 27-də başlamış təmir işlərinin 46 gün uzadılması erməni KİV-lərdə ciddi narahatlıq doğurub.
Böyük ehtimalla, AES işini 2014-15-ci illərin qış mövsümündə tamamilə dayandıracaq. Ermənistan energetika nazirliyinin rəhbərliyinin sözlərindən də bunu anlamaq olar.
Nazir Yervand Zakaryanın sözlərinə görə, Rusiyadan AES-i tədqiq etmək üçün gəlmiş alimlər qrupu gözlənilməz problemlər aşkar edib. "Nazir başqa problemlərin çıxmayacağına ümid etdiyini bildirdi. Amma belə görünür ki, problemlər var və nazir, sadəcə, ictimaiyyəti bu xəbərə hazırlayır",- deyə erməni şərhçi Akop Badalyan bildirib.
Şərhçinin fikrincə, rus mütəxəsislər gözlənilməz problemlər aşkar etməklə əslində AES-in işini tam dayandırmaq istəyirlər: "Burada söhbət yalnız indiki AES-in işinin dayandırılmasından deyil, həm də Moskva tərəfindən AES-in yeni bloklarının tikilməsi qərarının rədd edilməsindən gedir".
Yeri gəlmişkən, AES-in işini dayandırması Ermənistanda elektrik enerjisinin qiyməti qalxıb. Ölkə rəhbərliyi bunu qaz vasitəsi ilə istehsal edilmiş elektrik enerjisinin payının artması ilə izah edir.