18 Sentyabr 22:26
18 Sentyabr 16:26
21 İyul 2020 09:39
2 065
Avropa İttifaqı (Aİ) büdcə və bərpa fondu üzrə razılığa gəldiyi sammitdə "qeyri-adi yollarla" getmək və güzəşt etmək bacarığını göstərdi.
"TASS"ın verdiyi məlumata görə, bunu sammitin yekunları üzrə mətbuat konfransında Almaniyanın kansleri Angela Merkel deyib.
A.Merkel bildirib: "Biz yaxşı nəticəyə gəldik. Bu, Avropadan kənar üçün yaxşı bir siqnaldır".
Qeyd edək ki, Aİ-nin yeddi illik büdcə planının son kompromis versiyası 1,074 trilyon avro təşkil edir, büdcədənkənar iqtisadiyyatın koronavirus pandemiyasından sonra bərpası fondunun həcmi isə 750 milyard avro səviyyəsində qalıb.