Floridada qasırğaya görə koronavirus test mərkəzləri bağlanır Dünya

Floridada qasırğaya görə koronavirus test mərkəzləri bağlanır

ABŞ-ın koronavirus pandemiyasından ən çox zərər çəkmiş ştatlarından olan Florida yaxınlaşmaqda olan tropik qasırğa ilə əlaqədar virus test mərkəzlərini bağlayacaq.

Test mərkəzləri əsasən çadırlarda yerləşir və mütəxəssisləri avadanlıqların qasırğaya tab gətirməyəcəyini bildirib.

Sinoptiklərin proqnozlarına əsasən, “İsayas” qasırğası həftə sonunda Florida ərazisinə çatacaq. Tropik leysanla müşayiət olunacaq qasırğada küləyin sürəti 80 kilometr/saata çatacaq.

Qeyd edək ki, 21 milyon əhalisi olan Florida ştatında bu günədək 450 min nəfər koronavirusa yoluxub, 6 300 nəfər vəfat edib.