Emmanuel Makron Livana səfər edəcək Dünya

Emmanuel Makron Livana səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron avqustun 6-da Livana səfər edəcək.

"France Presse" agentliyinin verdiyi xəbərə görə, bu barədə Fransa Prezident Administrasiyası məlumat yayıb.

Prezident Makronun səfərinin Beyrutda baş verən partlayışdan sonra Livana dəstək məqsədli olduğu bildirilir.

Xatırladaq ki, dünən Livanın paytaxtı Beyrutda limanında baş vermiş güclü partlayış nəticəsində 100dən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.