Rusiya Ukraynaya yeni hərbi qüvvə yeritdi Dünya

Rusiya Ukraynaya yeni hərbi qüvvə yeritdi

Oktyabrın 26-da Rusiya ərazisindən Donetsk və Luqansk vilayətlərinə çoxlu sayda hərbi karvan daxil olub.
"İnformator" xəbər verir ki, hərbi texnika müxtəlif istiqamətlərə hərəkət edib.
"Təxminən saat 01 radələrində M04 magistralından İzvarino qəsəbəsi istiqamətinə təxminən 20 tank hərəkət edib. Rostov magistral yolu ilə Krasnıy Luç istiqamətində artilleriya qurğuları qoşulmuş 60 "KamAz" və bir neçə PDM və zirehli transportyor irəliləyirdi. Təxminən saat 04 radələrində Torez istiqamətinə doğru 100-ə yaxın "KamAZ" hərəkət edirdi" – "İnformator"un əməkdaşı deyib.
Separatçlara yaxın olan mənbə bildirib ki, onlar Ukrayna hərbçilərinə cəbhənin bütün istiqamətlərində ən ağır bazar ertəsi sözü veriblər.