Qazaxıstan 10-dan çox ölkəyə uçuşları bərpa etdi Dünya

Qazaxıstan 10-dan çox ölkəyə uçuşları bərpa etdi

Qazaxıstan 10-dan çox ölkə ilə hava əlaqəsini bərpa edib.
Həmin ölkələr 3 kateqoriyaya bölünüb.

Birinci kateqoriyaya Çin, Cənubi Koreya, Yaponiya, Gürcüstan, Tayland, Macarıstan, Hindistan, Almaniya, Çexiya, Malayziya, BƏƏ, Belarus, Türkiyə, Misir, Ukrayna, Hollandiya, Rusiya daxildir. Bu ölkələrdən gələnlər bədən temperaturları ölçülməklə və anketlər əsasında buraxılacaqlar.

İkinci kateqoriyaya Polşa, Özbəkistan, Tacikistan daxildir. Bu kateqoriyadan olan sərnişinlərin istiliyi yoxlanılacaq və sorğu-sual ediləcəklər. Bundan əlavə, COVID-19 ilə bağlı mənfi nəticəsi olanlar ərizənin alındığı vaxtdan 5 gün keçməmək şərti ilə Qazaxıstan sərhədində məhdudiyyətlə qarşılaşmayacaqlar.

Üçüncü kateqoriyaya aid ölkələrlə müntəzəm uçuşlar qadağandır. Onlarla yalnız çarter reysləri təşkil edilə bilər.