“Air Armeni” iflas olub Dünya

“Air Armeni” iflas olub

Ermənistanın yeganə aviadaşıyıcısı sərnişindaşımaları dayandırır
Ermənistanın yeganə aviadaşıyıcısı olan "Air Armeni" şirkəti bu il dekabrın 20-dək sərnişindaşımaları dayandırır. Trend "Arminfo"ya istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Məlumatda bildirilir: "Sentyabrın 21-dən "Air Armenia" aviaşirkətinə Rusiya istiqamətində bütün uçuşların qadağan ediləcəyi barədə "Rosavianaviqasiya"nın Rusiya mətbuatında yayılan bəyanatından sonra aviabiletlərıin satışı 60 faizədək aşağı düşüb".
Məlumata görə, bu bəyanat "Air Armenia" şirkəti üçün ciddi problemlər yaradıb: "Bəyanat erməni KİV tərəfindən yayılbı ki, bu da şirkətin imicinə təsir edib və maliyyə itkilərinə səbəb olub. Nəticədə şirkətin satışı 80 faiz azalıb. Bütün bunlar kreditor və debitorlar arasında təlaş doğurub. Çoxlu sayda sərnişin artıq aldıqları biletləri geri qaytarmağa və bir çoxları Ermənistan aviadaşıcısının xidmətlərindən imtina etməyə başlayıblar. Eyni vaxtda bütün kreditorlar ödəmələrin daha əvvəl uyğunlaşdırılmış qrafiklərindən imtina edərək vəsaitləri tələb etməyə başlayıblar, debitorlar bu halda artıq satılmış biletlərin dəyərini ödəməkdən imtina ediblər. Nəticədə şirkətin gəlirləri kritik minimuma enib və hazırda sərnişindaşımalar həyata keçirmək mümkün deyil".
Yaranmış vəziyyətdə şirkət rəhbərliyi dekabrın 20-dək uçuşların qrafikini dəyişmək, təkrar maliyyə strukturlaşdırması həyata keçirmək qərarına gəlib: "Bu dövr ərzində maliyyə vəsaiti cəlb etmək və şirkətə məxsus iki А320 hava gəmisinin geri qaytarılması işlərinin aparılması nəzərdə tutulur. Dekabrın 20-dən başlayaraq bütün reyslər əvvəllər nəzərdə tutulan uçuşların qış cədvəli üzrə həyata keçiriləcək".
"Air Armenia" şirkəti 2003-cü ildə yaradılıb və fəaliyyətə yükdaşımalarla başlayıb.