“İrəvan Ukraynaya çevriləcək” Dünya

“İrəvan Ukraynaya çevriləcək”

Erməni analitik: "Belə getsə, Ermənistanın özü bir azdan dövlət kimi tanınmağa ehtiyac duyacaq"

"Məsələ yalnız sanksiyalarda yox, həm də Krımdan reysləri qəbul edən ölkənin beynəlxalq simasındadır". Lragir.am xəbər verir ki, bu açıqlama ilə erməni analitik Akop Badalyan çıxış edib.
O, Rusiyanın Ermənistanı Ukraynaya çevirəcəyini deyib: "Əlbəttə, əgər Rusiya Ermənistanı tam udmaq istəyirsə, onun Krımı tanıyıb-tanımamağı Moskva üçün vacib deyil. Əgər müstəqilliyin verilməsi bu ritmlə davam etsə, Ermənistanın özü bir azdan dövlət kimi tanınmağa ehtiyac duyacaq. Simferopol-İrəvan reysi Moskvanın Azərbaycanla Ermənistana erməni vertolyotunun məhv edilməsi ilə bağlı özünəməxsus cavabı oldu. Bu, erməni dövlətçiliyinə bir çağırış idi və Çurkin bu dövlətçiliyə Kremlin məlumatıyla "yoxlama atışı" etdi".