Ermənilər bütün saytlarda və sosial şəbəkələrdə çox aktiv şəkildə bizi izləyir - Hərbi ekspert Dünya

Ermənilər bütün saytlarda və sosial şəbəkələrdə çox aktiv şəkildə bizi izləyir - Hərbi ekspert

Düşmən 30 ildir ki, bizim torpaqlarımızda möhkəmlənib. Biz unutmamalıyıq ki, xırda bir söz, yaxud paylaşılan görüntü, ordumzun irəliləməsinə əngəl yarada bilər.

Bunu açıqlamasında hərbi ekspert Rəhman İsgəndərov deyib.

Onun sözlərinə görə, vətəndaşlar hər addımlarında və paylaşımlarında çox diqqətli olmalı və yalnız rəsmi olan açıqlamalara arxalanmalıdırlar:

“Bu gün hamımız bilməliyik ki, ermənilər bütün saytlarda və sosial şəbəkələrdə çox aktiv şəkildə bizi izləyir və deyilən, yazılan sözləri bir-bir qyed edərək təhlil edirlər. Ancaq son günlər bəzi şəxslər, ordumuzun hər bir addımını işıqlandırır və bu barədə görüntülər yayırlar. Hətta bəzi hallarda hərbidən anlayışı olanlar ordumuzun gedə biləcəyi xəritədən də söz açırlar. Biz bu cür addımlardan çəkinməliyik, belə ki, həmin deyilən sözlər ordumuzun həyata keçirəcəyi planlarla üst-üstə düşə bilər. Belə olduğu halda isə o adamlar hərbiçilərimizə zərər vurmuş olurlar”.

R.İsgəndərov qeyd edib ki, düşmən özü də təxribat xarakterli materiallar, görüntülər yaya bilər:
“Bəzi hallarda ermənilərin özü də işğaldan azad olunmamış təxribat xarakterli video çəkib sosial şəbəkələrə buraxa bilərlər. İnsanlarımız da sevincli olub bu görüntüləri yaymaq istəsələr, son nəticədə bizim igidlərimizin əleyhinə işləyə bilər. Mənim xahişim budur ki, vətəndaşlarımız çox diqqətli olsunlar, fikirlərini yazanda diqqət etsinlər. Düşmən uzun illərdi ki, bizim torpaqlarda möhkəmlənib və bu ərazilərə yaxşı bələddir. Əgər bir paylaşım etmək istəsələr yalnız və yalnız rəsmi qurumlara istinad etsinlər”.