Sərxoş jurnalist Putinə kvas barədə sual verib Dünya

Sərxoş jurnalist Putinə kvas barədə sual verib

Rusiya prezidenti Vladimir Putinin bu gün keçirdiyi mətbuat konfransında maraqlı məqam yaşanıb. Guya Türkiyədən olduğunu bildirən kirovlu sərxoş jurnalist Rusiya prezidentinə Vyat kvası barədə sual verib.
Jurnalistin sərxoş olduğunu görən Putin, "onun konfransa gəlməzdən öncə deyəsən artıq kvasın dadına baxdığını" diqqətinə çatdırıb.
Jurnalist: "Vyatkada çörəkdən çox gözəl içki hazırlanır, lakin satış şəbəkələrində onu qəbul etmək istəmirlər Amma koka-kola, pesi içirlər".
Vladimir Putin: "Zarafat öz yerində, sual doğrudur. Koka-kolanın nə dərəcədə zərərli olduğunu bilmirəm, lakin mütəxəssislər bildirirlər ki, bu, çox ziyanlı içkidir. Koko-kolanın xətrinə dəymək istəmirəm, özləri bilərlər. Lakin bizim spirtsiz içkilərimizi irəli çəkmək lazımdır. Lakin bunu direktiv şəkildə etmək olmaz", - deyə prezident bildirib.