Ermənistan bankları kreditləşməni dayandırıb Dünya

Ermənistan bankları kreditləşməni dayandırıb

Ermənistan bankları kreditləşməni dayandırıb. "APA-Economics"in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkənin bankları ən azı yanvar ayının sonuna qədər müştərilərə kreditlərin verilməməsi ilə bağlı qərar qəbul edib. Mətbuatın yazdığına görə, sırf kreditləşmə ilə işləyən mağazalar bağlanıb: "Mağazaların üzərində "təkrar uçot" yazısına rast gəlmək olar. Yaranmış vəziyyətə bank sistemində yaşanan kollaps təsir edib". Bildirilir ki, əslində bank sistemində kollaps ötən ilin dekabr ayında yaranıb. Lakin həmin vaxt Ermənistanın maliyyə sisteminin köməyinə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı çatıb. "Hansısa anda beynəlxalq maliyyə institutlarının Ermənistana uzatdığı yardım əli öz mənasının itirə bilər. Çünki ölünü xilas etməyin mənası yoxdur", - deyə yazıda qeyd olunub.