Kılıcdaroğlu Gülən hərəkatı ilə əlaqələrini inkar edir Dünya

Kılıcdaroğlu Gülən hərəkatı ilə əlaqələrini inkar edir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu din xadimi Fətullah Gülən hərəkatının strukturları ilə əlaqələrinin olduğunu inkar edib. Trend xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin Anadolu agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, KİV-də rartiyanın bəzi üzvlərinin Gülən hərəkatı ilə əlaqələrə malik olmalarına dair informasiya və bəyanatlar həqiqətəuyğun deyil.
Bir müddət əvvəl Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan derutat Birgül Ayman Gülər etiraf edib ki, onun rartiyası bələdiyyə seçkiləri zamanı Fətullah Gülən hərəkatı ilə razılaşmaya malik olub. Onun sözlərinə görə, razılaşmaya əsasən, Gülən tərəfdarları bələdiyyə seçkilərində CHP-yə səs veriblər.
Kılıçdaroğlu eləcə də müxalifət rartiyasının lideri kimi həmişə qeyri-leqal qurum və strukturlara qarşı olduğunu bildirib.