“Gülün İrəvana getməsi doğru deyildi” Dünya

“Gülün İrəvana getməsi doğru deyildi”

Rəcəb Tayyib Ərdoğan tarixçilərlə və media mənsubları ilə görüşündə sabiq prezidentin hərəkətini təşviq etmədiyini bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident sarayında təşkil edilən yeməkdə 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə əlaqədar tarixçiləri qəbul edib. Yeməkdə iştirak edən "Dərin Tarix" jurnalının baş redaktoru Mustafa Ərməğan Prezident Ərdoğanın eks-prezident Abdulla Gülə hələ o vaxt gedib İrəvanda oyun izləməsinin doğru olmadığını və belə hərəkətləri təşviq etmədiyini deyib.
Baş redaktor sözlərinə bunları da əlavə edib: "Abdulla Gülün gedib İrəvanda matç izləməsi kimi hadisələrin prezidentimizin təqdir etmədiyi hərəkət olduğu haqda söhbət etdik. Prezident Ərdoğan "Biz erməni düşməni deyilik, biz ermənilərə həmişə qucaq açan dövlət olmuşuq. Dolayısı ilə bu gün bu məsələnin çözülməsi üçün də bir addım atılması lazımdırsa, onu ataq, amma bunun qarşılığında bu addım atdığımız dövlət də bizə eyni şəkildə addımla cavab verməlidir", - dedi".
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə yaşayan Ermənistan vətəndaşlarında Türkiyə vətəndaşlığının verilməsi ilə bağlı sualları da cavablandırıb. Ərdoğan bunun Türkiyə üçün problem olmadığını deyib: "40 bin nəfər Türkiyə vətəndaşlığına keçer. Bu addımı atarıq, amma qarşılığnda da Ermənistanın da bir addım atması lazımdı. Məsələn, Ermənistandan Türkiyəyə köçmüş və Van bölgəsində yaşayan çoxlu sayda türk var. Onların da təkrar Ermənistan vətəndaşlığına qəbul olunması mümkün olacaqmı? Xarici siyasətdə bir şey verilirkən bir şey də alınmalıdır".
Qeyd edək ki, Prezident Ərdoğan tarixçilərlə birlikdə Birinci Dünya Müharibəsi və 1915-ci il hadisələrini də müzakirə edib.